Ağstafa rayonunda qətldə təqsirləndirilən Baloğlan Bukavadze məhkəmə qarşısına çıxarılır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun cinayət işi üzrə ibtidai istintaqı başa çataraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılıacaq. Lakin məhkəmənin vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə 2023-cü ilin sentyabrında Ağstafa rayonu Saloğlu qəsəbəsində baş verib. Həmin vaxt kəndarası yolda Orxan Əlizadənin ilə qəsəbə sakini Baloğlan Abdul oğlu Bukavadzenin idarə etdikləri avtomobillərlə bir-birinə yol verməməsi səbəbindən mübahisə yaranıb.
Belə ki, yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib. Mübahisə zəminində Baloğlan Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbə endirib. Orxan Əlizadə yıxılarkən başı qaz borusuna dəyib və komaya düşüb. Hadisədən bir neçə gün sonra Orxan Əlizadə ölüb.
Xatırladaq ki, Orxan İlham oğlu Əlizadə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu olub.