Müəllim şagirdin çantasından kobra tapdı – VİDEObackend

Müəllim şagirdin çantasından kobra tapdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanlı müəllim onuncu sinif şagirdinin bel çantasının içində kobra aşkar edib. Hadisə Madhya-Pradeş ştatının Şacapur şəhərində yaşanıb.

Səhər tezdən məktəbə gələn qız müəllimlərə çantasında nəyinsə hərəkət etdiyini deyib. Müəllimlərdən biri onu yoxlayıb və içəridə qıvrılmış ilan tapıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mənbə: lenta.ru