Fransız impressionist rəssam Edqar Deqanın Londondakı “Rus rəqqaslar” tablosunun adı dəyişdirilərək “Ukraynalı rəqqaslar” olub.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Bildrilib ki, London Milli Qalereyasının əməkdaşları Rusiya hərbi qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı fonunda mərhum rəssamın əsərinin adını dəyişdirdiklərini açıqlayıb.
Qalereya əməkdaşının nəşrə verdiyi məlumata görə, saçlarına sarı, mavi, qırmızı çiçəklər və lentlər taxaraq rəqs edən qızların təsvir olunduğu əsərin adı uzun müddət müzakirə olunub. Nəticədə Ukraynadakı siyasi münaqişə fonunda ekspertlər adı dəyişmək qərarına gəliblər.
Qeyd edək ki, bu təşəbbüslə ukraynalı rəssam Miriam Nyem çıxış edib. O, qalereya rəhbərliyindən, həmçinin rəssamın Los-Ancelesdəki “Getti” və Nyu Yorkdakı “Metropoliten” muzeyindən adın dəyişdirilməsini istəyib.