Mütəxəssislər vaksinasiyanın üçüncü dozasının vacib olduğunu bildirir – VİDEObackend

Mütəxəssislər vaksinasiyanın üçüncü dozasının vacib olduğunu bildirir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir həftə ərzində ölkə üzrə koronavirusa yoluxma sayında ümumi olaraq artım müşahidə olunur. Artımı 16-23 oktyabr tarixləri arasındakı statistikadan görmək olur.

Belə ki, oktyabrın 16-da 1681 nəfər COVID-19-a yoluxmuşdusa, bu rəqəm növbəti gün, yəni oktyabrın 17-də 1896 ilə əvəzləndi.

Yoluxma sayındakı artım COVID-19-dan vəfat edənlərin sayına da təsirsiz ötüşməyib. Belə ki, ötən həftə, yəni oktyabrın 16-da koronovirusdan ölənlərin sayı 12 idisə, 23 oktyabrda bu rəqəm artaraq 22-yə çatıb.

Müvafiq qurumlar və infeksionistlər koronovirusdan qorunmaq, onun mutasiyaya uğramış variantlarının qarşısını almaq üçün ən effektiv yolun vaksinasiya olunmaq və göstərilən qaydalara tam riayət etmək olduğunu bildirirlər.

Mütəxəssislər vaksinasiya prosesində üçüncü dozanın əhəmiyyətini xüsusi qeyd edirlər.

Daha ətraflı Baku TV-nin süjetində: