Mütəxəssislər XƏBƏRDARLIQ EDİR: Döşəkləri hər üç aydan bir çevirmək lazımdırbackend

Mütəxəssislər XƏBƏRDARLIQ EDİR: Döşəkləri hər üç aydan bir çevirmək lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Döşəkləri hər üç aydan bir çevirmək lazımdır.

İnterpress.az xəbər verir ki, bu barədə məişət mütəxəssisləri məlumat yayıb.

Məlum olub ki, döşəklərin uzunömürlü olması və bədənin çökdüyü yerlərin qısa müddətdə deformasiyaya uğramaması üçün onları ən gec hər üç aydan bir çevirmək tövsiyə edilir.

Mütəxəssislərin sözlərinə görə, döşəyin yalnız bir tərəfdə davamlı istifadə olunması onun tez sıradan çıxmasına, eləcə də sağlamlıq baxımından narahat yatmağa səbəb olur.

Bəzi mağazalar artıq satın alan müştərilərə döşəyi vaxtında çevirməyi xatırlatmaq üçün avtomatik bildiriş sistemi təqdim etməyə başlayıblar.

Bu, məhsulun daha uzun müddət formda qalmasına və üzərində dərin izlərin əmələ gəlməməsinə kömək edir.

Xuraman Etibarlı

İnterpress.az