Müxalifət seçkilərdə qalib gəlsə, Gürcüstan Rusiyaya qarşı ikinci cəbhəyə çevriləcək – Kobaxidzebackend

Müxalifət seçkilərdə qalib gəlsə, Gürcüstan Rusiyaya qarşı ikinci cəbhəyə çevriləcək – Kobaxidze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlament seçkilərində müxalifət qalib gələrsə, Gürcüstan bir neçə gün ərzində Rusiyaya qarşı ikinci cəbhəyə çevriləcək. 

interpress.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O bildirib ki, oktyabrda keçiriləcək parlament seçkilərində müxalifət qalib gələrsə, Gürcüstan bir neçə gün ərzində Rusiya Federasiyasına qarşı ikinci cəbhəyə çevriləcək.

“Məndə olan məlumata əsasən buna zəmanət verirəm”, – Kobaxidze vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra müxalifət və Ukrayna rəhbərliyi Gürcüstanı münaqişə zonasına hərbi personal göndərməyə çağırıb.

“Bu, Gürcüstanın Rusiya ilə qarşıdurmaya tam daxil olması demək olardı”, – ölkə başçısı qeyd edib.

Kobaxidze bir daha vurğulayıb ki, Gürcüstanın “ölkəni Ukrayna yolu ilə aparmamaq üçün” kifayət qədər təcrübəsi var.

Xuraman Etibarlı

İnterpress.az