Myanmada qarşıdurmalar şiddətlənib, polis qonşu ölkəyə sığınıbbackend

Myanmada qarşıdurmalar şiddətlənib, polis qonşu ölkəyə sığınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Myanmada hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında toqquşmalar intensivləşib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Qarşıdurmalardan qaçan 14 sərhəd polisi Banqladeşə sığınıb. Myanmada hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında baş verən qarşıdurma zamanı 14 sərhəd polisinin Banqladeşə qaçdığı bildirilib.

Banqladeşin daxili işlər naziri Əsəduzzaman Xan Kamal mətbuata açıqlamasında hərbi administrasiya ilə anti-xunta silahlı qruplaşması arasında baş verən münaqişədən qaçan Myanmadan olan 14 sərhəd polisinin ölkəyə daxil olduğunu bildirib.

Kamal zabitlərin sığınacaq istədikdən sonra saxlanıldığını və bu şəxslərin Myanmaya göndərilməsi üçün çalışdıqlarını bildirib.

Qarşıdurmalara görə sərhəddə təhlükəsizliyin artırıldığı barədə məlumatı paylaşan Kamal Banqladeş sərhədindən heç kimin keçməsinə icazə verməyəcəklərini bildirib. Kamal qeyd edib ki, bu səbəbdən Rohinca qaçqınlarının geri qayıtması prosesi gecikə bilər.

Banqladeş sərhəd təhlükəsizlik rəsmisi də sərhəd polisinin tərksilah edildiyini bildirib.

“Üç Qardaş Alyansı” adı altında bir araya gələn Myanma Milli Demokratik İttifaq Ordusu, Buddist Arakan Ordusu və Taang Milli Qurtuluş Ordusundan silahlı qruplar şimaldakı Şan əyalətindən Myanma ordusuna qarşı hücuma keçib.
İrəliləyişlərini davam etdirən silahlı qruplar Hindistanla sərhəddə yerləşən Çin əyalətinin Rathedaunq şəhərində Myanma ordusuna aid polis məntəqəsi və hərbi düşərgəni ələ keçirib.

Əyalətdə Buddist Arakan Ordusunun hücumlarından xilas olan 43 əsgər Mizoram əyalətinə sığındı; Hindistan təhlükəsizlik qüvvələri də Myanma əsgərlərini başqa bir nöqtəyə köçürdüklərini və sonra onları ölkələrinə təhvil verdiklərini açıqlayıblar.

Buddist Arakan Ordusunun Hindistanla sərhəddə yerləşən Çin əyalətinin Paletva qəsəbəsini nəzarətə götürdüyü də iddia edilib.