NATO Baş katibi Polşa Prezidenti ilə sərhəddəki son hadisələri müzakirə edibbackend

NATO Baş katibi Polşa Prezidenti ilə sərhəddəki son hadisələri müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun Baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Anjey Duda arasında telefon danışığı olub.

Bu barədə Alyansın başçısı tviterdə yazıb.

“Polşadakı partlayışı Prezident Duda ilə danışdım. Həlak olanlarla bağlı başsağlığı verdim. NATO vəziyyəti izləyir və müttəfiqlər diqqətlə məsləhətləşir. Bütün faktların müəyyən edilməsi vacibdir”, – Baş katib vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.