NATO-nun Baş katibi Ukrayna ilə bağlı İstanbul görüşünə münasibət bildiribbackend

NATO-nun Baş katibi Ukrayna ilə bağlı İstanbul görüşünə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşün yekununu təmkinlə dəyərləndirməyə çağırıram”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.

Rusiyanın qüvvələrini Donbasda cəmləşdirmək cəhdlərini şərh edən Baş katib deyib: “Gəlin, bəzi mövqeləri ehtiyatla dəyərləndirək”.

Qeyd edək ki, martın 29-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukraynanın nümayəndə heyətləri arasında görüş keçirilib.