NATO-nun Baş katibindən Rusiyaya SƏRT MESAJ: Ukraynaya qarşı güc tətbiq edilsə…backend

NATO-nun Baş katibindən Rusiyaya SƏRT MESAJ: Ukraynaya qarşı güc tətbiq edilsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Gürcüstan və Ukrayna ilə Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini müzakirə edəcəyik”.

“CNN” xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

NATO baş katibinin sözlərinə görə, Brüsseldə keçiriləcək iki günlük Xarici İşlər nazirləri toplantısında digər məsələlərlə yanaşı, Gürcüstan və Ukraynadakı vəziyyət də müzakirə olunacaq:

“Gələn həftə Riqada Gürcüstan və Ukraynanın Xarici İşlər nazirləri ilə görüşü səbirsizliklə gözləyirəm. Hər iki ölkə NATO-nun çox dəyərli tərəfdaşıdır. Biz onlarla sıx əməkdaşlıq edir, əməkdaşlığımızı genişləndirir və həm Gürcüstanın, həm də Ukraynanın NATO-ya töhfəsini alqışlayırıq. Biz həmçinin, Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini də müzakirə edəcəyik. Həm Gürcüstan, həm də Ukrayna Qara dəniz dövlətləridir. Biz gərginliyin artdığının, Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətlərinin şahidi olduq”.

Baş katibin fikrincə, ona görə də bu iki əsas tərəfdaşla Qara dənizdəki vəziyyəti müzakirə etmək çox vaxtında və son dərəcə vacibdir: “Bu, daha əvvəl Ukraynanı işğal etmiş bir ölkənin ona qarşı yenidən hərbi addımlarıdır. Biz döyüşmək üçün öyrədilmiş qoşunlarla ağır silahları, tankları və “dronları” bir yerdə görürük. Qoşunların sayının bu qədər artırılması heç bir şəkildə izah edilə bilməz. Rusiya Ukraynaya qarşı güc tətbiq etsə, bunun əvəzini ödəməli olacaq”. (publika.az)