NATO ölkələri Putinin təxribatlarına cavab variantlarını müzakirə edir – FTbackend

NATO ölkələri Putinin təxribatlarına cavab variantlarını müzakirə edir – FT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri Putinin Avropadakı təxribatlarına hərbi cavab verməyi müzakirə edirlər.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr yazır ki, NATO ölkələri Rusiyanın Avropadakı təxribatlarına qarşı silahlı cavab addımlarını nəzərdən keçirir.

Müzakirələrdə Rusiyayla sərhədlərdə döyüş dronlarının yerləşdirilməsi, həmçinin alyans pilotlarına rus təyyarələrinə qarşı atəş açmaq səlahiyyətlərinin genişləndirilməsi məsələləri müzakirə olunur.

Həmçinin NATO-nun Rusiya sərhədlərində hərbi təlimlər keçirməsi ehtimalı da gündəmdədir.

Danışıqları Rusiyayla sərhəddi olan ölkələr – Polşa, Estoniya, Latviya və Litva başladıb, təşəbbüsü isə Böyük Britaniya və Fransa dəstəkləyir.

Xuraman Etibarlı

İnterpress.az