NATO Rusiya qırıcılarının vurulması qaydalarını SADƏLƏŞDİRƏCƏKbackend

NATO Rusiya qırıcılarının vurulması qaydalarını SADƏLƏŞDİRƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Rusiya qırıcılarının vurulmasını asanlaşdıracaq yeni qaydaları müzakirə edir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, alyans Rusiya hərbi təyyarələrinin neytrallaşdırılması prosesini sadələşdirəcək qaydalar üzərində işləyir.

Mənbələrin bildirdiyinə görə, qərar qəbul edilərkən əsas meyarlar qırıcının silahlanması və uçuş trayektoriyası olacaq.

NATO-nun Avropadakı baş komandanı Aleksus Qrinkeviç vahid hava hücumundan müdafiə və raketdən müdafiə sistemi yaradılmasını təklif edib.

Mənbələrə görə, bu sistem “milli istisnalar”ın qarşısını alacaq və alyans qüvvələrinin təcavüzə cavab verməsini asanlaşdıracaq.

Xuraman Etibarlı

İnterpress.az