Naxçıvan aeroportu AZAL-ın tabeleyindən niyə çıxarıldı?backend

Naxçıvan aeroportu AZAL-ın tabeleyindən niyə çıxarıldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib. Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarda bildirilir.

Bəs bu qərarı şərtləndirən amillər nə idi? Naxçıvan aeroportu nə üçün AZAL-ın tabeliyindən çıxarıldı?
Məsələ ilə bağlı REAL partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, AZAL həm hava daşımacılığı, həm də yerüstü xidmət göstərən şirkət kimi qalmamalıdır:
“Bu qərarın səbəblərini və izahını AZAL-dan, yaxud Nazirlər Kabinetindən eşitsəydik, daha yaxşı olardı. Hələlik ümumi xəbərdən başqa onun hansı üstünlüklərə gətirib çıxaracağı ilə bağlı heç bir məlumat yoxdur. Əslində, AZAL-ın yerüstü xidmətlərinin tamamilə onun əlindən alınması doğru qərar olardı. Ümid edirəm, gələcəkdə bütün hava limanlarına şamil ediləcək. Çünki AZAL həm hava daşımacılığı, həm də yerüstü xidmət göstərən şirkət kimi qalmamalıdır. Bu, inhisarçılığa və biletlərin qiymətlərin kəskin bahalaşmasına səbəb olan əsas amillərdən biridir. Ona görə də hava limanının Naxçıvan Nazirlər Kabineti tərəfindən necə işlədiləcəyi, ora ucuz hava daşımacılığı şirkətlərinin buraxılmasına icazə verilib-verilməyəcəyini gələcəkdə görəcəyik.
Hesab edirəm ki, AZAL-ın bütün yerüstü xidmətləri əlindən alınacaq, bütün hava limanları onun nəzarətindən çıxarılacaq. Bu baş verməsə Azərbaycanda hələ də qiymətlərin bahalaşmasının səbəblərindən biri məhz yerüstü xidmətlərin AZAL-ın nəzarətində olması ilə bağlı olacaq. Ona görə də gələcəkdə digər hava limanlarının da AZAL-ın tabeçiliyindən çıxarılması doğru qərar olar. Yerüstü xidmətin özəlləşdirilməsi və yaxud digər şirkətlərə təhvil verilməsi, xarici (lokol) şirkətlərin birbaşa Azərbaycan bazarına daxil olması üçün münbit şəraitin yaradılmasına səbəb ola bilər”.  (Bakupost)