Fövqəladə Hallar Nazirliyində yeni kadr təyinatı olub.
Yenisabah.az “Report”a istinadla xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmrinə əsasən, general-mayor Raul Zeynalov FHN-nin Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad edilərək nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.
Qeyd edək ki, dekabrın 22-də prezident İlham Əliyevin imzaladığı sərəncamla R. Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.