Nazir oğlan şagirdini qız kimi təqdim edən müəllimdən DANIŞDIbackend

Nazir oğlan şagirdini qız kimi təqdim edən müəllimdən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib”. bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, müəllim şagirdi alçaltmaq üçün bunu etməyib:

“Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. O özü də bilmədən uşağın saçının uzun olduğuna görə elə təqdim etdiyini bildirib. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Əsas odur ki, səhvini qəbul edib üzr istəyə bilsin”.

Qeyd edək ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbində müəllim oğlan şagirdi saçı uzun olduğuna görə sinfə qız kimi təqdim edərək onu təhqir edib. Məsələ ictimailəşdirildikdən sonra sözügedən müəllim barəsində məktəb rəhbərliyi tərəfindən tədbir görülüb və müəllimə töhmət verilib.