Nazir: “Rusiyada koronavirusa qarşı peyvənd könüllü olacaq”backend

Nazir: “Rusiyada koronavirusa qarşı peyvənd könüllü olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni növ koronavirusa qarşı peyvənd könüllü olacaq”.

İnterpress.az-ın verdiyi məlumata görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bu gün keçirdiyi brifinqdə deyib.

“Tibb işçiləri də könüllü peyvənd olunacaqlar”, – deyə nazir vurğulayıb.

Muraşko qeyd edib ki, bütün hallarda peyvəndlənmə könüllü olacaq.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.

 

İnterpress.az