Neft qiymətləri ABŞ dollarının zəifləməsi, həmçinin Çin iqtisadiyyatının bərpası ilə bağlı gözləntilər səbəbindən bu ölkənin fond bazarında yüksəliş fonunda cüzi artıb.
Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1 barel üçün 82,66 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,39 % çoxdur.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersləri 0,35 % bahalaşaraq 1 barel üçün 77,31 ABŞ dolları olub.