Neft qiymətləri cüzi düşübbackend

Neft qiymətləri cüzi düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Neft İnstitutu (API) ölkənin xam neft ehtiyatlarında ciddi artım olduğu barədə məlumat yayıb. Bu məlumatdan sonra neft qiymətləri cüzi düşüb.

Bunu birjaların məlumatları göstərir.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 0,37 ABŞ dolları aşağı düşüb və 1 barel üçün 83,28 ABŞ dolları təşkil edib.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersləri 0,3 ABŞ dolları ucuzlaşaraq 1 barel üçün 78,57 ABŞ dolları olub.

Qeyd edək ki, API-ın məlumatına əsasən, ABŞ-də neft ehtiyatları ardıcıl dördüncü həftədir ki, 8,428 milyon barel artıb.