“Neftin ucuzlaşması devalvasiya risklərini artırır” – Proqnozbackend

“Neftin ucuzlaşması devalvasiya risklərini artırır” – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycandan xarici ölkəyə, eləcə də Azərbaycana xarici ölkələrdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar məbləğdən asılı olaraq cərimələnəcək və həbs ediləcək. Fərmana əsasən, həmin cinayət işləri üzrə ibtidai istintaq bu işi başlamış İqtisadiyyat Nazirliyi və ya Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacaq.

Mövzu ilə bağlı iqtisadçı Qubad İbadoğlu İnterpress.az-a açıqlamasında bildirib ki, bütün dünyada maliyyə amnistiyasının tətbiqi, gəlirlərin və əmlakın bəyan edilməsi ilə bağlı şəffaflığın və hesabatlığın artımı dinamikası müşahidə edildiyi bir zamanda Azərbaycanda xarici valyutaya nəzarətin gücləndirilməsi istiqamətində atılan addımlar maraq doğurur:

“Naxçıvan istisna olmaqla, quru sərhədlərin bağlanması ölkədən xaricə kapital axının banklar vasitəsilə həyata keçirilməsinə tələbatı artırır. Dünya bazarında neftin qiymətinin ucuzlaşması, neft hasilatının kəskin azalması ölkənin valyuta gəlirlərinin azalmasına və devalvasiya risklərinin artmasına gətirib çıxarır. Nəzərdə tutulan fərman maliyyə axınlarının mərkəzləşdirilmiş nəzarətin təminatına yönəlib. Məlum fərmanı manatın devalvasiyasına hazırlıq kimi də dəyərləndirmək olar”.