Nepalda sürüşmədən sonra Rusiya vətəndaşı olan bloqer itkin düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Nepalda səfirliyi məlumat yayıb.
31 yaşlı moskvalı Aleksandr Zimin Nepalda baş verən sürüşmədən sonra itkin düşüb.
Tətbiq hazırlayan və İT mövzusunda bloq aparan Zimin tez-tez səyahət edib və Nepalda ilk dəfə olmayıb.
Məlumata görə, turist fəlakətdən təxminən bir saat əvvəl sərhədi keçib. Hadisədən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Hazırda Nepalda ümumilikdə 8 Rusiya vətəndaşının itkin olduğu bildirilir.
Nepal və Tibetdə təbii fəlakət nəticəsində ölənlərin sayının 475-ə çatdığı, 1300-dən çox şəxsin itkin düşdüyü bildirilir.
3253 nəfər xilas edilib, 84 yaralı yerli xəstəxanalarda müalicə olunur.
Xuraman Etibarlı
İnterpress.az






