Netanyahu Trampın “Qəzzanı könüllü boşaltma” təklifini dəstəkləyib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Trampın “Qəzzadan könüllü evakuasiya” təklifini dəstəklədiyini bildirib.
Müdafiə naziri İsrael Katz İsrail ordusuna Qəzza sakinlərinin könüllü şəkildə çıxması üçün plan hazırlamağı tapşırıb.
Xuraman Etibarlı
İnterpress.az