Bu barədə məlumatı ölkənin xarici işlər naziri Vopke Xukstra tviter səhifəsində yazıb.
“Niderland Rusiyanın 17 kəşfiyyatçısını ölkədən çıxarır. Onlar Rusiyanın Niderlanddakı nümayəndəliyində diplomat adı altında fəaliyyət göstəriblər”, – nazir yazıb.
Nazirin sözlərinə görə, onlar Niderlandın təhlükəsizliyini təhdid edirmiş.