Nijni Novqorod Xalq Cəbhəsinin rəhbəri saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, Nijni Novqorod vilayəti üzrə Xalq Cəbhəsinin rəhbəri Andrey Jiltsov saxlanılıb.
Oktyabrın 14-də onun evində, rəhbərlik etdiyi “Nijni Novqorod Könüllülər Xidməti” təşkilatında və Xalq Cəbhəsinin regional ofisində sənədlər müsadirə edilib.
Jiltsova qarşı xüsusilə böyük məbləğdə dələduzluq maddəsi ilə cinayət işi açılıb.
O, daha əvvəl “Vətənin Müdafiəçiləri” fondunda və Xalq Birliyi Evində resurs şöbəsinə rəhbərlik edib, 2024-cü ildə isə Xalq Cəbhəsinin Nijni Novqorod şöbəsinin sədri təyin olunmuşdu.
Xuraman Etibarlı
İnterpress.az






