Nişanlı cütlük toylarına bir gün qalmış faciəli şəkildə öldü – FOTObackend

Nişanlı cütlük toylarına bir gün qalmış faciəli şəkildə öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Tekirdağ vilayətinin Saray rayonunda avtomobillərin toqquşması nəticəsində nişanlı cütlük ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qəza saat 03.30 radələrində TEM şosesinin Saray məhəlləsində baş verib.

Nurettin Akgülün istifadə etdiyi avtomobil tikinti işləri ilə əlaqədar bir zolağa salınan yolda əks istiqamətdən gələn Tuncay Ekicinin rəhbərliyi altında avtomobil hissələri ilə yüklənmiş pikapla toqquşub.

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlər isə nişanlı cütlük olub, bu gün onların toyu olacaqmış.

Qəza zamanı avtomobil iki yerə bölünüb.

Kardelen Coşkuntuna və nişanlısı Burhan Çətinin avtomobildə öldüyü müəyyən edilib.

Xəsarət alan sürücülər Nurettin Akgül və Tuncay Ekici müalicə olunmaq üçün xəstəxanaya aparılıb.