Noyabrın 9-da üçtərəfli görüş niyə baş tutmayıb? – Paşinyandan açıqlamabackend

Noyabrın 9-da üçtərəfli görüş niyə baş tutmayıb? – Paşinyandan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əsirlərin qaytarılması ilə bağlı qərarın olmaması səbəbindən noyabrın 9-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə videokonfrans vasitəsilə üçtərəfli görüşdən imtina etdiyini bildirib.

baş naziri bununla bağlı deyib:

“Bəli, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi, dedim ki, bu ideya problemlidir, çünki noyabrın 9-u bizim üçün ağır gündür”.

“Amma mən dedim ki, konkret qərarların qəbul ediləcəyi, məsələn, erməni hərbi əsirlərin qaytarılacağı ortaya çıxarsa, noyabrın 9-da keçiriləcək görüşə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə qədər təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”, – Paşinyan bildirib.