Rustavidə ögey ata azyaşlı uşağına qarşı əxlaqsız hərəkətlər edib.
İnterpress.az xəbər verir ki, mərkəzi küçələrin birində yaşayan 40 yaşlarında kişi azyaşlı övladına qarşı sistemli şəkildə əxlaqsız hərəkətlər edib.
Mövcud məlumata görə, cinsi xarakterli hərəkətlər uşağın anası evdə olmayanda baş verib.
Faktla bağlı polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın ögey atasını şübhəli şəxs qismində saxlayıblar.