Ölkədə dərman qıtlığı: “Azərbaycan dərman istehsal etmədikcə,…”backend

Ölkədə dərman qıtlığı: “Azərbaycan dərman istehsal etmədikcə,…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün bəzi dərman preparatlarının satışda olmaması narazılıq yaradıb. Bu dərmanlardan biri də “Nurofen”in həm kapsul, həm suspenziya, həm də həblərinin satışda olmamasıdır.

Mövzu ilə bağlı pediatr Vaqif Qarayev İnterpress.az-a açıqlamasında bildirib ki, bu gün ölkədə dərman qıtlığını yaşanmasında dünyada baş verən proseslərin rolu danılmazdır:

“Doğrudur, son vaxtlar nurofenlə bağlı narahatlıqlar artıb. Çünki dünyada gedən bahalaşma dərman bazarına da təsir edib və qiymətlər hiss olunacaq dərəcədə artıb. Rusiya-Ukrayna müharibəsi ölkədə dərman qıtlığına səbəb olub. Bu problemlər Gürcüstanda da yaşanır.. Lakin orada hökumət bu ilin yanvar ayından Türkiyə preparatlarının idxalına start verdi. Qiymət fərqi isə Avropa qiymətlərindən 60-80 faiz ucuzdur. Azərbaycanda da türk preparatları satılır, lakin qiymətini hamı bilir. Azərbaycan dərman istehsal etmədikcə, çətinliklər qaçılmaz olacaq”.