Onun sizin köməyinizə ehtiyacı var – 22 yaşlı gəncin atası imkanlı şəxslərə müraciət etdi – FOTObackend

Onun sizin köməyinizə ehtiyacı var – 22 yaşlı gəncin atası imkanlı şəxslərə müraciət etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ürək və ağciyər xəstəliyindən əziyyət çəkən 22 yaşlı gəncin sizin köməyinizə ehtiyacı var.

Şamaxı rayonunun Dağ Bağırlı kənd sakini 2000-ci il təvəllüdlü Abdulrəhmanov Cabar Faiq oğlu ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.

Onun atası Faiq Abdulrəhmanov İnterpress.az-a bildirib ki, övladının ürəyindəki xəstəliklər 6 yaşında olarkən aşkarlanıb.

O bildirib ki, Azərbaycanda həkimlər tərəfindən övladına anadangəlmə ürək qüsuru diaqnozu qoyulub:

“Övladımı demək olar ki, ölkəmizdə fəaliyyət göstərən bütün xəstəxanaları gəzdirmişəm. Amma ölkəmizdə müalicəsi yoxdur. Ümidverici hal isə odur ki, oğlumun xəstəliyinin müalicəsi var. Amma onun müalicəsi Hindistanda və Belarusda ixtisaslaşdırılmış xəstəxanalarda bu sahənin peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilir. Sadəcə olaraq, bunun üçün böyük məbləğdə vəsait lazımdır. Bizim isə maddi imkanımız çox zəifdir”.

Atasının sözlərinə görə, həkimlər onun övladının həm ürəyində, həm də ağciyərində çox ciddi problemlərin olduğunu, sağlamlığına qovuşması üçün tezliklə əməliyyat olunmasını və orqan köçürülməsi zərurətinin yarandığını bildiriblər.

Ürək və ağciyər xəstəliyindən əziyyət çəkən Cabarın atası Faiq Abdulrəhmanov imkanlı şəxslərdən köməklik göstərmələrini xahiş edib.

O bildirib ki, övladının sağlamlığına qovuşması üçün tələb olunan 200 000 manatın yığılmasına başlanılıb.

F.Abdulrəhmanov vəsaitin tam toplanacağına inandığını, ümidlərini itirmədiyini və hər kəsin duaları, imkanlı şəxslərin isə yardımları sayəsində övladının sağalacağına ümid etdiyini bildirib.

Cabarın sağalması üçün yardım etmək istəyənlər aşağıda karta pul köçürə bilərlər.

Əlaqə nömrəsi: 050 791 15 23 (Atası Faiq)