Ötən il 27 dövlət tibb müəssisənin rəhbərliyi Türkiyədə təlimlərdə iştirak edibbackend

Ötən il 27 dövlət tibb müəssisənin rəhbərliyi Türkiyədə təlimlərdə iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il 27 dövlət tibb müəssisənin rəhbər heyəti Ankarada tibb təlimlərində iştirak edib”.

İnterpress.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Həyətinin sədri Zaur Əliyev “Ulu Öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, məqsəd xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarının artırılması, eyni zamanda tibb müəssisələrinin idarəetmə mexanizmini Türkiyə təcrübəsinə uyğunlaşdırmaqdır.