Ötən il məhkəmələrdən prokurorluq orqanlarına qaytarılan cinayət işinin sayı açıqlanıbbackend

Ötən il məhkəmələrdən prokurorluq orqanlarına qaytarılan cinayət işinin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il məhkəmələrdən prokurorluq orqanlarına qaytarılan cinayət işinin sayı açıqlanıb.

İnterpress.az-ın xəbərinə görə, Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib ki, Cinayət Məcəlləsinin (CM) 303-cü (Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər) maddə ilə təqsirləndirilən 161 şəxs barəsində 128 cinayət işi məhkəmələrdən prokurorluq orqanlarına geri qaytarılıb.

O deyib ki, CM-nin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirləndirilən 60 şəxs barəsində 46 cinayət işi məhkəmələrdən prokurorluq orqanlarına geri göndərilib.