Norveçdən Rusiyaya qaçan 30 marala görə iki ölkə arasında viza böhranı yaranıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Norveçə məxsus 30 şimal maralı sərhəd çəpərindəki deşikdən keçərək Rusiyaya “mühacirət” edib. Lakin iki ölkə arasında mövcud olan gərgin münasibətlər səbəbindən Norveçli sahibkarlara Rusiya vizası verilməyib və onlar öz heyvanlarını geri gətirə bilmirlər.
Rusiya ərazisinə daxil olan maral sürüsü hazırda Murmansk vilayətinin sakinlərini təşvişə salıb. Heyvanların sərhədi qanunsuz keçməsi ilk belə hadisə deyil.
Norveçlilərin bundan əvvəlki analoji miqrasiyası onlara dəyən ziyanın ödənilməsi çərçivəsində 47 milyon krona (təxminən 7,52 milyon manat) başa gəlmişdi.
Maralların sahibi Eqil Kalliaynen heyvanların faktiki olaraq tamamilə itirildiyini qeyd edib.
Kəskin məyus olan fermer aidiyyəti dövlət qurumlarından sərhəddəki çəpərlərin təcili bərpa olunmasını tələb edir.
Xuraman Etibarlı
İnterpress.аz






