Özbəkistan və Qazaxıstan sərhədində 310 metrlik tunel aşkarlanıb.
interpress.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistanın Dövlət Təhlükəsizlik Xidməti yayıb.
Özbəkistan Dövlət Təhlükəsizliyi Xidməti transsərhəd mütəşəkkil cinayətkar qrupun fəaliyyətini aşkar edib. Cinayətkar qrup Hindistandan qeyri-qanuni yolla ölkəyə keyfiyyəti şübhə doğuran dərmanlar idxal edib.
Narkotiklər Dehli-Almatı-Daşkənd marşrutu ilə daşınıb. Cinayətkarlardan hamısı Hindistan istehsalı olan 17 mindən çox narkotik vasitə götürülüb.
Xuraman Etibarlı
İnterpress.az