İnquşetiyada tərbiyəçi Daun sindromlu uşağı döydüyü üçün işdən qovulub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın İnquşetiya Respublikasında özəl uşaq bağçalarından birində dəhşətli uşaq zorakılığı hadisəsi qeydə alınıb.
Tərbiyəçi qadın valideynlərinin hər ay kifayət qədər böyük məbləğdə pul ödədiyi özəl müəssisədə Daun sindromlu azyaşlı uşağı amansızlıqla döyüb.
Yayılan görüntülərə görə, tərbiyəçi qələmlə dəftəri göstərərək uşaqdan hərfi tələffüz etməsini tələb edib. Oğlan cavab vermədikdə isə qadın əsəbiləşərək kəskin şəkildə onun başına ard-arda zərbələr endirməyə başlayıb.
Hadisədən dərhal sonra İnquşetiya Prokurorluğu geniş araşdırmalara başlayıb. Zorakılıq törədən əməkdaş dərhal işdən qovulub.
Onun törətdiyi əmələ görə uşağın ailəsindən hələ də üzr istəmədiyi və günahını boynuna almaqdan boyun qaçırdığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.аz






