Pakistanda leysan nəticəsində ölənlərin sayı 238 nəfərə yüksəlibbackend

Pakistanda leysan nəticəsində ölənlərin sayı 238 nəfərə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda iyunun ortalarından indiyədək musson leysanlar nəticəsində ölənlərin sayı 238-ə yüksəlib, 187 nəfər xəsarət alıb.

Bu barədə Pakistanın Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli İdarəsi məlumat yayıb.

Məlumata görə, qeyd olunan müddət ərzində 3 374 yaşayış ev dağıntılara məruz qalıb, 1 009 ev yerlə-yeksan olub, 2 365 ev isə qismən zərər görüb.

Bildirilib ki, ən çox ölüm halları Pakistanın cənub-qərbində baş verib. Belə ki, Bəlucistanda 75, Pəncabda 55, Sindedə 48 və Heybər-Paxtunxvedə isə 47 nəfər ölüb.