“Pakistanda 2021-ci il iyunun 23-də Lahor şəhərində baş verən partlayışda Hindistan kəşfiyyat orqanlarının iştirakına dair sübutlar var”.
Bunu Pakistanın daxili işlər naziri Rana Sanaullah deyib.
Onun sözlərinə görə, rəsmi İslamabadda Hindistanın “RAW” kəşfiyyat xidmətinin (Tədqiqat və Təhlil Departamenti – Red) sözügedən hücumda iştirakına dair təkzibedilməz sübutlar var.
Qeyd olunub ki, Pakistan hakimiyyəti bu məsələni BMT müstəvisində qaldırmaq niyyətindədir.
Xatırladaq ki, Lahor şəhərinin mərkəzi hissəsində terror aktı 23 iyun 2021-ci ildə baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.