Palata bu nazirlikdə 79 nöqsan aşkarladı – MM-də müzakirəbackend

Palata bu nazirlikdə 79 nöqsan aşkarladı – MM-də müzakirə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində aşkarladığı nöqsanlar xüsusi diqqət çəkir. Hesablama Palatasının ortaya qoyduğu hesabatdan görünür ki, ümumilikdə bu istiqamətdə 79 nöqsan aşkar edilib. Fikrimcə, bundan nəticə çıxarmaq lazımdır.

Bu sözləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Əli Məsimli deyib.

Millət vəkili bildirib ki, Kənd Təsərrüfatı Nazirliyində aşkar edilən nöqsanlardan 7-si mineral gübrələr, 18-si isə subsidiyalarla bağlıdır:

“Bu 79 nöqsanın xeyli səbəbi var. Kənd təsərrüfatında çalışanların xeyli şəxsin torpaq mülkiyyəti ilə bağlı problemi olduğundan subsidiya ala bilmir. Bu halda da qanunsuz yola baş vururlar. Torpaq mülkiyyəti məsələsini sahmana salmaq lazımdır. Bu sahədə şəffaflığın artırılması, mineral gübrələrin satışında inhisarların aradan qaldırılmasını, süni qiymət artımı məsələsini kəndlilər problem kimi görür. Ona görə də bu məsələnin həll edilməsinə ehtiyac var. Hesab edirəm ki, Hesablama Palatası və Milli Məclis bu problemin həllinə çalışmalıdır”.

 

 

İnterpress.az