Pandemiya dövründə boşanmış ailələrdə valideynlərin uşaqları ilə görüşünə qoyulan məhdudiyyət götürülürbackend

Pandemiya dövründə boşanmış ailələrdə valideynlərin uşaqları ilə görüşünə qoyulan məhdudiyyət götürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə koronavirus pandemiyası ilə əlaqədar bu ilin mart ayından etibarən boşanmış ailələrdə valideynlərin uşaqları ilə ünsiyyətinə məhdudiyyətlər qoyulub.

Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Nazirliyin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

O bildirib ki, valideynlərin övladları ilə ünsiyyətinin onlayn qaydada təşkili təklif edilib:

“Burada məqsəd yoluxma sayının azalmasıdır. Artıq ölkədə koronavirusa yoluxma sayında azalma müşahidə edilir və bununla bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması gözlənilir. Karantin dövründə valideynlərə övladları ilə virtual görüşmələri üçün şərait yaradılıb. Hazırda əksər fəaliyyət sahələri bərpa olunduğundan, valideynlərin övladları ilə görüşünə icazə verilir. Bununla bağlı karantin dövründə verilmiş göstərişin ləğv edilməsi üçün müraciət etmişik”.

 

İnterpress.az