Papa modelin qısa ətəkdə olan şəklini bəyəndi – Biabır oldubackend

Papa modelin qısa ətəkdə olan şəklini bəyəndi – Biabır oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katoliklərin dini rəhbəri Papa Françiskusdan (Papa Franciscus) 27 yaşlı model Natalya Garibottonun qısa ətəkdə olan şəklini bəyənib. 

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Papanın təsdiqlənmiş “Franciscus” hesabının modelin şəkilini “bəyənən” 133.000 nəfərin arasında olduğu bildirilib.

Bundan sonra Papa gülüş hədəfinə çevrilib. Şəklini dini rəhbərin bəyəndiyini görən model “Anamın belə mənim ayaqlarımı sərgiləməyimdən xoşu gəlmir, amma Papa bəyənib. Vatikana gedirəm, ayaqlarımın hesabına heç olmasa, Cənnəti görərəm”, – deyə izləyiciləri ilə zarafat edib.

Qeyd edək ki, bir neçə il öncə də Papanın adı qalmaqallarda hallanırdı. Belə ki, Papa Françiskusdan kilsə nəzdindəki uşaqlara cinsi istismara göz yumduğu üçün istefa etmək tələb olunurdu.

Papa modelin qısa ətəkdə olan şəklini bəyəndı - Biabır oldu
Papa modelin qısa ətəkdə olan şəklini bəyəndı - Biabır oldu

 

İnterpress.az