Parlament sədrini təhqir edən jurnalist HƏBS OLUNDUbackend

Parlament sədrini təhqir edən jurnalist HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda müxalif jurnalist parlament sədrini təhqir etdiyi üçün 14 sutka həbs edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Gürcüstanın müxalif “Formula” telekanalının jurnalisti Vaxo Sanaya Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini və deputat Vladimir Bojadzeni təhqir etdiyi üçün məhkəmə tərəfindən 14 sutka inzibati həbs cəzasına məhkum edilib.

Qərara jurnalistin sosial şəbəkədə rəsmilərin ünvanına yazdığı təhqiramiz paylaşım səbəb olub.

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hüquqşünası Mariam Kereselidzenin verdiyi məlumata görə, son bir il ərzində məhkəmə artıq üçüncü dəfədir ki, Vaxo Sanayanın dövlət rəsmilərini təhqir etməsi faktını nəzərdən keçirir.

Əvvəlki iki analoji halda DİN məhkəmədən jurnalistə qarşı maksimum məbləğdə inzibati pul cəriməsinin tətbiq olunmasını xahiş etmişdi.

Lakin növbəti oxşar qanun pozuntusundan sonra məhkəmə bu dəfə onun barəsində iki həftəlik rəsmi inzibati həbs qərarı çıxarıb.

Xuraman Etibarlı

İnterpress.аz