Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 1 məsələ daxil edilib.
Bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatdır.
Belə ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
Toplantıda hökumət üzvləri də iştirak edirlər.