Parlamentin Səhiyyə komitəsinin payız sessiyası üçün gündəliyi – Komitə sədri açıqladıbackend

Parlamentin Səhiyyə komitəsinin payız sessiyası üçün gündəliyi – Komitə sədri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarılacaq.

İnterpress.az xəbər verir ki, Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Səhiyyə komitəsinin iclasında komitə sədri Ə.Əmiraslanov məlumat verib.

Deputat bildirib ki, həmçinin komitədə koronavirus, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək.

“Həmçinin müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq”,- deyə Ə.Əmiraslanov əlavə edib.

O, Azərbaycanda koronavirusla mübarizənin effekt verdiyindən də danışıb.

Bildirib ki, ölkədə ən müasir avadanlıqlarla təchiz olunmuş 47 pandemiya xəstəxanası fəaliyyət göstərir.

Deputat qeyd edib ki, yoluxanlarla müqayisədə virusdan sağalanların sayında, test aparılmasında, itkilərin azlığında,  ölkə üzrə səhiyyə müəssisələrindəki çarpayı sayında

Azərbaycanın göstəriciləri çox yaxşıdır.

“Operativ Qərargahın fəaliyyəti də səmərəli nəticələrini verir”,-deyə Ə.Əmiraslanov əlavə edib.

 

İnterpress.az