Yanvarın 26-sı Ermənistanın Baş naziri Nikol Paşinyanın yenidən koronavirusa yoluxması barədə informasiya yayılıb.
İnterpress.az-ın “Hraparak” qəzetinə istinadən məlumatına görə, dünəndən etibarən ölkənin siyasi dairələrində Paşinyanın koronavirusa yoluxması ilə bağlı xəbərlər müzakirə olunur. Bir çox insan Baş nazirin COVID-19-a yoluxmasından şübhə edir.
Qəzet yazır ki, Nikol Paşinyan yanvarın 28-i Ermənistan Ordusu Günü ilə əlaqədar olaraq tədbirdə iştirak etmək istəmədiyindən onun koronavirusa yoluxması barədə xəbər yaymağa qərar verilib. Belə ki, həmin gün 44 günlük müharibə iştirakçılarının da iştirakı ilə K.Demirçiyan adına idman kompleksində tədbirin keçirilməsi planlaşdırılır.
Yayılan xəbərlərdə Baş nazirin xəstəliyinin simptomsuz keçdiyi qeyd olunub. Qəzet belə hesab edir ki, əgər Paşinyanın xəstəliyi əlamətsiz keçirdisə, onu test verməyə nə vadar edib? Əgər onda heç bir yoluxma əlaməti yox idisə, həkimə müraciət edərdimi?