Paşinyan Londonda Makronla görüşüb.
interpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri sosial şəbəkələrdə məlumat verib.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, tərəflər İrəvan və Bakı arasında sülh prosesini müzakirə ediblər.
Görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səylərin vacibliyi vurğulanıb.
Paşinyan və Makron həmçinin Ermənistan və Fransa arasında multidissiplinar əməkdaşlığın gündəliyini, Ermənistan və Aİ arasında əməkdaşlığın inkişafını müzakirə ediblər.
Xuraman Etibarlı
İnterpress.az