“Paşinyan üçün Tiflis variantı daha məqbuldur” – Politoloq rəyibackend

“Paşinyan üçün Tiflis variantı daha məqbuldur” – Politoloq rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”3+3″ formatına isti yanaşmayan Qərb dövlətləri üçün Gürcüstanı Rusiyadan kənar tutmaq üçün ən optimal variant kimi Paşinyan görünə bilər”.

Bu sözləri  Ermənistan baş naziri Nikol Paşinyanın Gürcüstana gözlənilən  işgüzar səfərini dəyərləndirən politoloq Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

O, qeyd edib ki,  Paşinyanın Gürcüstana səfərinin əsas məqsədi Gürcüstan və Ermənistan arasında fəaliyyət göstərən hökumətlərarası kommisiyanın iclasında iştirak etməkdir. O, həmçinin gürcü həmkarı İrakli Qaribaşvili ilə də görüşməyi planlaşdırıb:

“İlk baxışdan Paşinyanın Gürcüstan səfəri işgüzar səfər anlamını daşısa da, mövzunu dərindən araştırarkən bir sıra maraqlı detallar ortaya çıxır. Bu il ərzində Ermənistan və Gürcüstan baş nazirləri arasındakı görüşün  sayı artıq dörd olacaq.

Digər tərəfdən Paşinyanın Brüssel səfəridir ki, burada da o qərb dövlətlərinin liderləri ilə bağlı qapılar arxasında görüşlər təşkil edildi. Önəmli məsələlərdən biri də 10 dekabrda Moskvada baş tutan “3+3” formatında Gürcüstanın iştirakdan imtina etməsidir. Yəni əvvəldən 3+3 formatına isti yanaşmayan Qərb dövlətləri üçün Gürcüstanı Rusiyadan kənar tutmaq üçün ən optimal variant kimi Paşinyan görünə bilər.  Qərb də bu fürsətdən yetərincə faydalanmaq eşqinə düşə bilər.

Nəhayət, bir müddət əvvəl Gürcüstan tərəfi Azərbaycan və Ermınistan arasında dialoqun təşkil edilməsi üçün əlindən gələni etməyə hazır olduğunu elan etmişdir.

Düşünmək olar ki, Brüssel səfərindən sonra əldə edilən nəticəni dəyərləndirən Paşinyan üçün Moskva yaxud Soçidənsə Tiflis variantı daha məqbul hesab edilə bilər. Gürcüstan həm də bu ilin iyun ayında Ermənistan və Azərbaycan arasında minaların xəritələrinin verilməsi və terrorçuların qaytarılması məsələsində vasitəçilik funksiyasını həyata keçirib. Bütün bu qeyd edilənləri dərindən təhlil edərkən belə nəticəyə gəlmək olar ki, Paşinyanın Gürcüstan səfərini hər mənada işgüzar adlandırmaq mümkündür”.

Gülşən