Paşinyanın baş nazir seçilməsinə səs verilmədibackend

Paşinyanın baş nazir seçilməsinə səs verilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin deputatları bu gün keçirilən xüsusi iclasda Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edən Nikol Paşinyanın ölkədə növbədənkənar parlament seçkisi keçirmək üçün respublikanın baş naziri vəzifəsinə namizədliyinə səs verməyiblər.

Ermənistan qanunverici orqanının xüsusi iclası yerli telekanallar tərəfindən canlı yayımlanıb.

“Paşinyanın baş nazir seçilməsinin lehinə 1 deputat səs verib, 3 nəfər bunun əleyhinə çıxıb, 75 nəfər isə bitərəf qalıb. Paşinyan baş nazir seçilməyib”, – parlamentin sədri Ararat Mirzoyan bildirib.

 

 

İnterpress.az