Ermənistanın baş nazirinin ofisi Əliyevlə Paşinyan arasında Vaşinqtonda görüş keçirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İnterpress.az xəbər verir ki, Ermənistan baş nazir Paşinyanın ABŞ-yə mümkün səfəri və Azərbaycan prezidenti Əliyevlə görüşü ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirməyib.
Baş nazirin aparatı mediada və sosial şəbəkələrdə fəal şəkildə yayılan “bu məlumatı nə təsdiq, nə də təkzib edə bilməyəcəyini” bəyan edib.
Mətbuat xidməti vurğulayıb ki, bu cür səfərlər təsdiqedici xarakter daşıyan müvafiq bəyanatlarla müşayiət olunur.
Hazırda səfər və görüşlə bağlı heç bir məlumat dərc edilməyib.
Bundan əvvəl mətbuatda ABŞ prezidenti Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Xuraman Etibarlı
İnterpress.az