Paytaxt məktəbinin şagirdi beynəlxalq müsabiqədə I dərəcəli “laureat” adına layiq görülübbackend

Paytaxt məktəbinin şagirdi beynəlxalq müsabiqədə I dərəcəli “laureat” adına layiq görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin şagirdi uğura imza atıb. Belə ki, 11-17 iyul tarixlərində Portuqaliya Respublikasının Porto şəhərində keçirilən 24-cü “Santa Cecilia” Beynəlxalq müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin fortepiano ixtisası üzrə V sinif şagirdi İnci Həsənli (müəllimə:Səfərova Z.) uğurla iştirak edib.

İnci Həsənli l dərəcəli diplomla təltif olunaraq “laureat” adını qazanıb.

Gənc istedadı qazandığı uğur münasibətilə təbrik edir, ona yeni-yeni nailiyyətlər arzu edirik.