Peruda bələdiyyə binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıbbackend

Peruda bələdiyyə binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun paytaxtı Lima şəhərinin Miraflores rayonunun bələdiyyə binası Azərbaycan bayrağının rənglərinə bürünüb.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanın Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunun bələdiyyə binası Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.