Macarıstanın baş naziri Peter Magyar mobil telefon oğurluğu ittihamını rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Macarıstan Baş Prokurorluğu məlumat yayıb.
Macarıstan Baş Prokurorluğu 2024-cü ildə Budapeştdə gecə klubunda baş verdiyi iddia olunan mobil telefon oğurluğu ilə bağlı Peter Magyarın parlament toxunulmazlığının dayandırılmasını istəyib.
Magyar həmin vaxt Avropa Parlamentinin deputatı olub və toxunulmazlıq hüququna malik idi.
İttihama görə, Magyar onu telefonla çəkən şəxsin mobil cihazını götürüb və daha sonra Dunaya atıb.
Magyar isə hadisə ilə bağlı ittihamları rədd edib. İndi iş üzrə araşdırmanın davam etdirilməsi üçün Macarıstan parlamentinin qərarı tələb olunur.
Xuraman Etibarlı
İnterpress.az






