Пeterburqda tanınmış memar qətlə yetirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Sankt-Peterburqda tanınmış memar Aleksandr Suponitski qızının gözü qarşısında odlu silahla qətlə yetirilib.
Hadisə “Çar paytaxtı” yaşayış kompleksində baş verib. Silahlı şəxs memarı diz çökdürərək karabindən başına atəş açıb.
Qatil daha sonra mənzilində yanğın törədib və özünü öldürüb.
Məlum olub ki, o, keçmiş tikinti şirkəti rəhbəri, 49 yaşlı Konstantin Kozyrevdir. Onun barəsində əvvəllər dövlət sifarişi ilə tikililərdə vəsaitlərin mənimsənilməsi işi açılmış, lakin sonradan dayandırılmışdı.
Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Xuraman Etibarlı
İnterpress.az